DYP yeni tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirib - FOTO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Uşaqlar və Yol Təhlükəsizliyi üzrə 2024-2025-ci tədris ili üçün uyğunlaşdırılmış birgə Fəaliyyət Planı və "Diqqət, uşaqlar" adı altında keçirilən hərəkətin təhlükəsizliyi aylığı proqramına uyğun olaraq küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğunu nəzərə alaraq uşaqların təhlükəsizliyinin təmin edilməsi, onlara yol hərəkəti qaydalarının öyrədilməsi məqsədilə aparılacaq işlərə start verilib.
Ötən gün “Diqqət, uşaqlar!” aylığı çərçivəsində Bakı Şəhər DYP İdarəsinin əməkdaşları 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin pedoqoji heyəti ilə görüş keçirib. Görüşdə aylıq çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis kapitanı Pərvanə Muradova, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva, Azərbaycan Milli Avtomobil Klubunun əməkdaşı Həsən Xıdirov, Mərkəzin əməkdaşları və valideynlər iştirak edib.
Görüş zamanı “Diqqət, uşaqlar!” aylığı çərçivəsində yol hərəkəti qaydalarının təbliğ olunması məqsədilə Bakı Şəhər DYP İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən hazırlanmış “Valideynlərə və uşaqlara xəbərdarlıq”, “Yol hərəkəti qaydalarına riayət et!” adlı plakatların, bukletlərin ümumtəhsil məktəblərinə çatdırılması, müvafiq lövhələrə vurulması, məktəb ərazilərində maarifləndirici söhbətlərin və tədbirlərin keçirilməsi müzakirə edilib.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
















