Ekologiya postunda REYD: sürücülərə cərimə yazıldı, təşəkkür edildi - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyü "Təmiz hava” aylığı çərçivəsində növbəti maarifləndirici tədbir keçirib. Avtosfer.az xəbər verir ki, tədbir zamanı sürücülər saxlanılıb, onlara Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə həyata keçirdiyi "Təmiz hava” aylığı barədə məlumat verilib. Daha sonra xüsusi texniki avadanlıq vasitəsilə avtomobillərdə olan zərərli qazların miqdarı ölçülüb.
Sürücülərlə söhbət zamanı DYP əməkdaşları atmosferə buraxılan zərərli qazlar barədə məlumat verərək avtomobilin mühərrikini saz vəziyyətdə saxlamağın vacibliyini vurğulayıb.
Qeyd olunub ki, bu, həm ətraf mühitin, həm də insan sağlamlığının qorunması üçün vacibdir. Eyni zamanda, nəqliyyat vasitəsinin istismarı qaydalarına əməl edilməsidir ki, bu da sürücünün qanunla müəyyən edilmiş vəzifəsidir.
Tədbir zamanı bir sıra avtomobillərdə zərərli qazların miqdarı normalar çərçivəsində olub. Həmin sürücülərə təşəkkür ifadə edilib.
Normadan artıq zərərli qazlar ixrac edən avtomobillərin sürücülərinə isə İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinin tələblərinə uyğun olaraq 50 manat məbləğində cərimə tətbiq edilib.
Xatırladaq ki, oktyabrın 10-dan, noyabrın 10-a qədər ölkə ərazisində "Təmiz hava” aylığı çərçivəsində tədbirlər keçirilir.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ










