Ekologiya postunda sürücülər saxlanıldı: səbəb budur - FOTO - VİDEO

Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı çərçivəsində tədbirlər davam etdirilir.
Avtosfer.az-ın məlumatına görə, bu dəfə reyd Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti Bölüyünə məxsus binanın qarşısında keçirilib.
"Təmiz hava" aylığı tədbirinin keçirilməsində əsas məqsəd atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır.
Reyd zamanı 20-yə yaxın avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar olunub. Bu avtomobillərin sürücüləri barəsində Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən protokollar tərtib edilərək inzibati qaydada məsuliyyət tədbirləri tətbiq edilib.
Bildirilib ki, tədbirlə əlaqədar Baş DYP İdarəsi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin bir daha diqqətinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilə bilər.
Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
"Təmiz hava" aylığı noyabr ayının 10-dək davam edəcək.
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi














