“Ekologiya postu”nda təbliğat – Maşını qara tüstü buraxanlar cərimələnir - VİDEO

Oktyabrın 1-dən noyabrın 1-ə qədər ölkə ərazisində "Təmiz hava" aylığı ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilir. Avtosfer.az xəbər verir ki, bu tədbirlər çərçivəsində Baş DYP İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları intensiv işlər aparır. Xidməti ərazidə ətraf mühitin qorunması və zərərli qazların ixracı ilə bağlı maarifləndirici işlər görülür. Avtomobillər saxlanılaraq xüsusi texniki qurğu vasitəsilə yoxlanılır. Sürücülərə bu barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, avtomobili saz vəziyyətdə saxlamaq həm özlərinə, həm də digərlərinə ziyan vurur.
Bu gün keçirilən növbəti tədbir zamanı saxlanılan avtomobillərdə normativ tələblər qaydasında olduğu təqdirdə sürücülərə təşəkkür olunub. Lakin bəzi avtomobillərdə bu göstəricilər normadan az artıq qeydə alınıb. Bu sürücülərə isə cərimə tətbiq edilməyərək xəbərdarlıq edilib. Qaydaları kobud şəkildə pozan sürücülər isə inzibati məsuliyyətə cəlb edilib.
Xüsusilə sərnişindaşıma ilə məşğul olan bəzi avtobuslarda ciddi problemlər aşkarlanıb. Belə ki, avtobusların nasaz vəziyyətdə yola çıxması, həddindən artıq zəhərli maddələr ixrac etməsi müşahidə olunub. Həmin avtobus sürücüləri ilə profilaktiki söhbətlər aparılıb. Nəqliyyat vasitələri duracağa təmin edilib. Daşıyıcı şirkətlərin nümayəndələri ilə bu istiqamətə maarifləndirici işlər aparılıb.
Qeyd edək ki, mütamadi olaraq keçirilən tədbirlər nəticəsində artıq sürücülər arasında avtomobili nasaz vəziyyətdə idarə etmək hallarında ciddi azalma müşahidə olunur.
Elmin
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












