Cərimə ödəyərkən bu saytlara inanmayın - DYP-dən XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə sürücülərin cərimələrinə endirim edəcəkləri ilə bağlı şirnikləndirən səhifələr bu barədə mütəmadi olaraq elanlar paylaşırlar. Belə səhifələrdən biri də “asancerime”-dir. Bu kimi səhifələrə keçid edən şəxslərin bank kartları oğurlanır, ödəyəcəkləri cərimə məbləğləri ələ keçirilir.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polis İdarəsinin İnspektoru Rüstəm Əhmədli Avtosfer.az-a açıqlamasında sürücülərə xəbərdarlıq edib ki, bu kimi paylaşımlara əsla etibar etmək olmaz:
“Bu səhifələr qeyri-qanuni olaraq fəaliyyət göstərir. Həmin şəxslər leqal olmayan yollara əl ataraq, sürücülərin ödənişlərini ələ keçirirlər. Bu istiqamətdə qaynar xəttimizə gələn zənglərin böyük əksəriyyəti məhz dələduzluqla məşğul olan “asancerime.com” internet saytı ilə bağlıdır. Araşdırmalarımıza görə, sözügedən sayt ABŞ-da yaradılıb və Azərbaycanla heç bir əlaqəsi yoxdur. Hazırda bu kimi səhifələrlə mübarizə məqsədli tədbirlər görülür”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ










