Gəncədə yol polisi şagirdləri məlumatlandırıb - FOTO

Yeni təhsil mövsümü ilə əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhərin 10 və 28 nömrəli məktəblərində şagirdlərə yol hərəkətinə dair təhlükəsizlik qaydaları, yol nişanları, işıqforla tənzimlənən yollarda hərəkət haqda məlumat verilib. Yol polisinin əməkdaşları piyada keçidlərindən istifadənin önəminə toxunub, səkilərdən istifadənin təhlükəsizlik baxımından əhəmiyyətini qabardıblar, yol hərəkəti qaydalarına riayət etməyin özünuqoruma baxımından vacib olduğuna diqqət çəkiblər. Şagirdlər də asayiş keşikçiləri tərəfindən verilən məlumatları necə qavradıqlarını məxsusu formada ifadə ediblər.
Maarifləndirici tədbir sual-cavab formasında təşkil edildiyindən məktəblilər onları maraqlandıran sualları polislərə ünvanlayıblar. Eləcə də bildiklərini daha da möhkəmləndiriblər.
Maarifləndirici görüş praktik formada da təşkil edilib. Şagirdlərə məktəblərin qarşısındakı piyada keçidlərindən, işıqfordan düzgün istifadə qaydaları, yolu keçərkən diqqət edilməli olan məqamlar öyrədilib.
Bu cür tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, onların həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir. Tədbir növbəli şəkildə digər məktəblərdə də davam edəcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















