Gənclərin sükan arxasında etdiyi hərəkətlərə görə DİN araşdırmalara başladı - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) gənclərin avtomobildə təhlükə saçan davranışları ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
İdarənin inspektoru, polis leytenantı Elvin Hacıyev oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin videogörüntülərlə bağlı araşdırmalar aparılır:
“Təəssüf ki, edilən xəbərdarlıqlara baxmayaraq, yenə də belə halda nəqliyyat vasitəsini idarə edənlərə rast gəlinir. Nəticədə ağır faciələr yaşanır”.
E.Hacıyev sürücülərə müraciət edib:
“Qaydalara ciddi riayət etsinlər, özləri ilə yanaşı, digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmasınlar”.
13:00
Gənclərin avtomobildə təhlükə saçan davranışları sosial şəbəkədə müzakirələrə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl günorta saatlarında baş verib. Görüntüdən aydın olduğu kimi, “Toyota” markalı avtomobilin sürücüsü maşının yan şüşəsindən çölə çıxıb və sükan çənbərini ayağı ilə tutaraq maşını idarə etməyə başlayıb. Daha sonra yan oturacaqda əyləşən sərnişin sürücü tərəfə keçib və sükanı tutmağa çalışıb. Yenidən sükan arxasına qayıdan sürücü sərnişini qucağına alaraq avtomobili sürüb. Bu zaman arxada əyləşən sərnişinlərdən biri avtomobilin yan şüşəsindən çölə çıxıb və qarşı tərəfin yan şüşəsinə keçib. Qorxu dolu hərəkətə baş vuran gənc çətinliklə geri qayıdıb.
Qeyd edək ki, son zamanlar gənclər arasında yeniyetmə və həmyaşıdlarına pis örnək olan bu tip videolar çox paylaşılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












