Hacıqabulda "Diqqət uşaqlar" devizi altında tədbir keçirilib - FOTO

Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bu istiqamətdə Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən 5 saylı tam orta məktəbdə hərəkət iştirakçılarının maarifləndirilməsi məqsədilə görüş keçirilib.
Tədbirdə çıxış edən RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Sübhan İsgəndərov bildirib ki, keçirilən maarifləndirici tədbirin əsas məqsədi şagirdləri yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək və onların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısını almaqdır.
Daha sonra çıxış edən yol patrul xidmətinin əməkdaşları və digər iştirakçılar məktəblilərə yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışaraq nişanlardan düzgün istifadə qaydaları haqqında geniş məlumat veriblər.
Görüşün sonunda məktəblilərə hədiyyələr təqdim olunub.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
















