Polis İsmayıllıda reyd keçirdi: qayda pozan sürücülər cəzalandırıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dayanma-durma qaydalarını pozan sürücülərlə bağlı nəzarət-profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı dayanma-durmanın qadağan edildiyi ərazilərdə, piyada səkilərində, avtobus dayanacaqlarında avtomobillərini park edən sürücülər müəyyən olunub.
Qaydalar onlara izah edilib və bu əməllərinin piyadaların, eləcə də digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olduğu diqqətə çatdırılıb. Həmin sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Yollarda nəqliyyat vasitələri və piyadaların rahat, təhlükəsiz hərəkətinin təmin olunması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi daşıyan bu kimi tədbirlər davam etdiriləcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














