Küləkli hava şəraiti ilə bağlı DYP-dən XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti bu gündən başlayaraq iki gün ərzində ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı ilə bağlı xəbərdarlıq edib.
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu, xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, sürücülərdən əlverişsiz hava şərtlərinə biganə yanaşmamağı, sürət həddini aşağı salmağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, nəqliyyat vasitələrini aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamağı xahiş edir.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha diqqətli olmalı, küləkli havada hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Küləkli hava şəraitində bütün hərəkət iştirakçıları, o cümlədən piyadalar, habelə ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri də ehtiyatlı olmalı, təhlükəsizlik qaydalarına daha ciddi əməl etməlidirlər.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












