Lizinq şirkətinə məxsus avtomobillə yolu kəsən sürücü CƏRİMƏLƏNDİ - VİDEO

Paytaxtın Sabunçu rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü müəyyən olunaraq məsuliyyətə cəlb edilib.
Avtosfer.az-ın məlumatına görə, lizinq şirkətinə məxsus 77-YT-327 dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü Babayev Anar Vaqif oğlu Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinə dəvət olunub. Polis əməkdaşları tərəfindən ona törətdiyi inzibati xəta barədə məlumat verilib, qanunvericiliyin tələbləri izah edilib.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 4 bal və 150 manat məbləğində inzibati cərimə tətbiq olunub.
Xatırladaq ki, bir neçə gün əvvəl sözügedən sürücünün əks istiqamətli yola çıxaraq qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratması ilə bağlı görüntü saytımızda yayımlanmışdı. Məhz həmin fakt əsasında müvafiq tədbir görülüb.
Nərmin
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












