Maşını cərimə meydançasından təzə çıxaran sürücü yenidən saxlanıldı - RƏSMİ - VİDEO

Yol-hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videolarını sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, görüntülər Masallı rayonu ərazisində qeydə alınıb. Hərəkətdə olan 44-CX-688 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobilin sürücüsü yolda sərt manevrlər edib. Belə ki, o, əl əyləcini çəkərək təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarıb və bu zaman piyadaya qəza riski yaradıb. Digər görüntüdə sürücü sürət həddini aşaraq yenə də təhlükəli manevrlər edib.
Qeyd edək ki, sürücü yüksək sürət səbəbilə avtomobili cərimə meydançasından yeni çıxardığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunundan Avtosfer.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsinin sürücüsü müəyyən olunub. Qanunvericiliyə uyğun olaraq Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin sahibi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Nərmin
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












