“Maşını mən sürməmişəm, cərimə mənə gəlib”: Sürücülərin bu problemi həllini tapdı - VİDEO

Sürücüləri ən çox narahat edən məsələlərdən biri də avtomobili başqa şəxs idarə etdiyi zaman cərimələrin mülkiyyət sahibinə gəlməsidir. Yaxud, sonuncu etibarnamə kimə verilibsə həmin şəxsə cərimə və balların hesablanmasıdır. Bu cür problemlərlə tez-tez qarşılaşan sürücülər artıq əziyyət çəkməyəcək.
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyi tərəfindən istifadəyə verilən “E-Polis” mobil tətbiqində bu məsələni online şəkildə həll etmək mümkündür. Belə ki, avtomobili müvəqqəti idarə etmək üçün etibarnamə verdiyiniz şəxs və ya şəxslər barədə tətbiqdə qeyd olunan nəqliyyat vasitəsini, şəxsin məlumatlarını və tarix aralığını seçməklə törədilmiş inzibati xətanın həmin şəxsin ünvanına yönləndirilməsini idarə edə bilərsiniz.
Belə ki, mülkiyyətinizdə olan nəqliyyat vasitəsinə bir neçə şəxsin etibarnaməsi var. Avtomobili idarə edən şəxsin kimliyindən asılı olamayaraq cərimələr sonuncu etibarnamə olan şəxsə gedir. Çünki kamera və radalar avtomobili kimin idarə etdiyini müəyyən edə bilmir. Lakin tətbiqdə müəyyən olunmuş gün və saatlarda avtomobili idarə edən şəxsin kimlyi barədə məlumatlarn daxil edilməsi qayda pozuntularının həmin şəxsin ünvanına getməsini təmin edəcək.
Qeyd edək ki, “E-Polis” mobil tətbiqini “App Store” və ya “Google Play”dən yükləyə bilərsiniz.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












