"Məktəbətrafı yollarda sürətin aşağı endirilməsi" mövzusunda müzakirə keçirilib - FOTO

Noyabrın 24-ü 266 nömrəli məktəbdə "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət proqramı"na uyğun olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxsin təşkilatçılığı ilə "Ümumdünya Yol Qəzaları Qurbanları Günü"nə həsr olunmuş "Məktəbətrafı yollarda sürətin aşağı endirilməsi" mövzusunda müzakirə xarakterli tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd yol qəzalarında həlak olanların xatirəsini yad etmək, cəmiyyətin diqqətini bu məsələyə cəlb etmək, uşaqlara yol-hərəkət qaydalarını aşılamaq, bununla yol-nəqliyyat hadisələrinin sayını azaltmaqdır.
Tədbirdə qonaq olan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis serjantı Elnur Mahmudov maarifləndirici söhbətlər aparıb, qeyd edib ki, hər il yol-nəqliyyat qəzaları nəticəsində həlak və əlil olanların statistikası həyəcan təbili çalir. Məhz buna görə bu problem daim müzakirə olunmalı və həll yolları axtarılmalıdır.
Dərnək üzvləri yol-hərəkət qaydalarına aid “Qaydalarla yaşayaq” adlı səhnəcik göstəriblər. və yol-hərəkət iştirakçılarını sükan arxasında diqqətli olmağa, aşağı sürətlə avtomobil idarə etməyə, piyada keçidlərindən istifadə etməyə çağırıblar.
Tədbirdə Mərkəzin “Elm və Texnologiya” şöbəsinin müdiri Fəridə Süleymanova, metodistlər Solmaz Qasımova, Sevda Əsgərova, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis serjantı Elnur Mahmudov, 266 nömrəli məktəbin rəhbəriliyi, əməkdaşları, direktor müavini Həsən Rzayev, valideynlər və şagirdlər iştirak edib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ


























