"Mərkəz Binəqədi" ərazisindəki nəqliyyat xaosuna RƏSMİ MÜNASİBƏT - VİDEO

Binəqədi rayonunun Binəqədi qəsəbəsinin sakinləri ərazidə yaranmış nəqliyyat xaosundan şikayətçidirlər.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, sakinlərdən verilən məlumata görə, "Mərkəz Binəqədi" kimi tanınan meydanda uzun müddətdir nəqliyyat vasitələri xaotik şəkildə hərəkət edir. Avtomobillərin nizamsız idarə olunması isə yol-nəqliyyat hadisələrinin başvermə riskini artırmaqla yanaşı, piyadalar üçün də ciddi təhlükə yaradır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
"Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən sözügedən ərazidə keçirilən tədbirlər nəticəsində dayanma-durma qaydalarını pozaraq yolun buraxıcılıq qabiliyyətinin azalmasına və nəqliyyat sıxlığının yaranmasına səbəb olan sürücülərlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.
Yol Polisi əməkdaşları nizamlayıcı qismində nəqliyyat vasitələrinin müvafiq istiqamətlər üzrə rahat və təhlükəsiz hərəkətini təmin edirlər.
Sürücülərdən ərazidə quraşdırılmış yol nişanlarına əməl etmələri və yol hərəkəti təhlükəsizliyi qaydalarına ciddi riayət etmələri xahiş olunur", - deyə T.Nəsirli bildirib.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












