Narkotik istifadə edib maşın sürən şəxs belə tutuldu: 20 gün həbs - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında sükan arxasına əyləşən sürücü ifşa olunub.
Avtosfer.az xəbər verir ki, Bakı-Yevlax avtomobil yolunun Ağdaş şəhəri ərazisindən keçən hissəsində şəhər sakini Orxan İsmayılovun idarə etdiyi “VAZ” markalı avtomobil Alayın VI taqımının əməkdaşları tərəfindən görülən nəzarət-profilaktik tədbirlər çərçivəsində saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib və fakt öz təsdiqini tapıb.
Bununla bağlı inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Orxan İsmayılov təqsirli bilinərək 20 gün müddətində inzibati qaydada həbs edilib.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












