Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb - FOTO - VİDEO

Binəqədi rayonunda yol polisləri narkotikin təsiri altında avtomobil idarə edən sürücünü saxlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazid hərəkətlərinin qarşısı alınıb.
Belə ki, paytaxt sakini 2003-cü il təvəllüdlü Əhliman Quluzadənin idarə etdiyi “Khazar SD” markalı, 99-PZ-630 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Binəqədi rayonu ərazisində şöbə əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Ə.Quluzadənin narkotik maddə qəbul etməsi müəyyən olunub.
Sürücü izahatında şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq narkokuryerliyə cəlb olunduğunu və həmin şəxsin ölkəyə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri qəbul etdiyini bildirib. Ə.Quluzadənin avtomobilinə baxış zamanı oradan satış üçün 35 ədəd kibrit qutusunda qablaşdırılan külli miqdarda narkotik vasitə marixuana aşkar edilib.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ










