Naxçıvan DYP-dən REYD: vəsiqəsi olmayan, qayda pozan, maşının qabağını qaldıranlar... - FOTO

Naxçıvanda küçə və prospektlərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, xüsusilə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə sürücü və piyada intizamının artırılmasına yönəlmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.
.jpg)
Avtosfer.az xəbər verir ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif nöqtələrində sürücülük hüququ olmadan nəqliyyat vasitələrini idarə edən, piyadalara yol verməyən, təhlükəsizlik kəmərindən istifadə etməyən, normativ tələblər pozulmaqla avtomobillərə avadanlıq quraşdıran və ya dəyişdirən, dayanma və durma qaydalarına əməl etməyən sürücülərin, həmçinin piyada keçidlərindən istifadə etməyən piyadaların maarifləndirilməsi məqsədi ilə tədbirlər təşkil edilib.
.jpg)
Tədbir zamanı dayanma-durma qaydalarını kobud şəkildə pozan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanıb və onlarla maarifləndirici söhbətlər aparılıb.
Həmçinin yol polisləri Naxçıvan şəhəri ərazisində piyada keçidlərindən düzgün istifadə etməyən şəxslərlə və velosipedçilərlə də maarifləndirici söhbətlər aparıb, piyadalar və digər hərəkət iştirakçılarına yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi barədə ətraflı məlumatlandırıb, hər bir yol hərəkəti iştirakçısını cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən bu məsələdə həmrəy olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıblar.

Yollarda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədilə bu istiqamətdə tədbirlər davam etdiriləcək.
.jpg)
.jpg)
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












