Naxçıvanda “Təmiz hava” aylığına start verilir

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi oktyabrın 20-dən noyabrın 20-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Təmiz hava” aylığı keçirəcək.
Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, əsas məqsəd avtonəqliyyat vasitələri tərəfindən atmosferə atılan zərərli qazların miqdarını azaltmaq, ekoloji vəziyyətin yaxşılaşdırılmasına töhfə verməkdir.
Tədbir çərçivəsində nəqliyyat vasitələrinin texniki vəziyyəti, xüsusən də mühərrik və yanacaq sistemlərinin sazlığı yoxlanılacaq. Sürücülərə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə avtomobillərini texniki cəhətdən saz vəziyyətdə saxlamaq tövsiyə olunur.
Qeyd olunan tələblərə əməl etməyən, atmosferə normadan artıq zərərli maddələr buraxan avtomobillərin idarə olunmasına və istismarına yol verən şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqlar.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












