Nizamidə yol polisi "Təmiz hava" aylığı çərçivəsində tədbirlər keçirdi - VİDEO

Bu gün Nizami rayonu ərazisində "Təmiz hava" aylığı çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində sürücüləri saxlayıb və xüsusi texniki qurğu vasitəsilə avtomobillərdın ixrac olan zəhərli qazların miqdarı yoxlanılıb.
Tədbir zamanı sürücülərlə profilaktiki söhbətlər aparılıb və onlara qanunun tələbləri izah edilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru polis mayoru Fuad Sultanov sürücülərə "Təmiz hava aylığı" barədə məlumat verib.
Tədbir zamanı əksər avtomobillərdə zərərli qazların miqdarı normalar çərçivəsində olub. Atmosferə normadan az artıq zərərli qazlar ixrac edən avtomobillərin sürücülərinə xəbərdarlıq edilib.
Avtomobili nasaz vəziyyətdə olan və zəhərli qazların miqdarı yüksək olan sürücülər barəsində inzibati qaydada protokol tərtib olunub.
Qeyd edək ki, tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Orxan
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












