Piyadaların üzərinə su sıçradan sürücüləri hansı cəza gözləyir? – RƏSMİ AÇIQLAMA

Oktyabrın 21-dən ölkəmizdə yağıntılı hava şəraiti müşahidə olunur. Təəssüflər olsun ki, yağıntı böyük fəsadlara, xoşagəlməz hallara səbəb oldu.
Məsələylə bağlı sosial mediada xeyli videolar paylaşıldı, müxtəlif fikirlər səsləndi. Yaşanan mənfi hallardan biri də bəzi sürücülərin şəxsi avtomobilləriylə keçərkən piyadalara yoldakı yağış gölməçələrindən su sıçratmasıdır.
Buna görə də bir çox vətəndaşa maraqlıdır ki, belə hallar yaşandıqda həmin sürücünü hər hansı bir cəza gözləyirmi?
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Toğrul Nəsirli "Bizim.Media"ya bildirib ki, sürücülər yağış sularının yaratdığı gölməçələrdən keçərkən ehtiyyatlı olmalı, ətrafdakı insanları nəzərə almalıdırlar:
“Unutmaq olmaz ki, su və ya palçığın yolda piyadalara, binalara, nəqliyyat vasitələrinə qəsdən sıçradılması qeyri-etik davranış olmaqla yanaşı, həm də inzibatı məsuliyyət yaradır”.
Belə hallara səbəb olan sürücüləri hansı hüquqi tədbirlər gözləyir?
“Belə sürücülər aşkar edildikdə barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsiylə inzibati tənbeh tədbirləri tətbiq ediləcək”, - deyə Toğrul Nəsirli qeyd edib.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












