Piyadaların yol hərəkəti qaydalarını pozması ilə bağlı neçə fakt aşkarlanıb? - DYP
Yol polisi
17 May 2021 12:56

Bu ilin 4 ayı və mayın ilk 15 günü ərzində piyadaların yol hərəkəti qaydalarını pozması ilə bağlı 9 284 fakt aşkar edilib.Avtosfer.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib. O bildirib ki, qeydə alınan qayda pozuntularının təkcə 5 293-ü Bakının payına düşür: “Bu səbəbdən biz müntəzəm olaraq maarifləndirici tədbirlər keçiririk. Lakin hesab edirik ki, bu istiqamətdə sürücü və piyadaların maarifləndirilməsi önəmlidir. Ani bir diqqətsizlik yol hərəkəti iştirakçılarının xəsarəti ilə nəticələnə bilər”.
N.Piriyev bildirib ki, hesabat dövründə 1065 nəfər işıqforun tələblərinə məhəl qoymadan hərəkət zolağına çıxmasına, yola yaxınlaşmaqda olan avtomobillərin qarşısına çıxmasına görə 2044 nəfər, qırmızı və göy işıq quraşdırılmış nəqliyyat vasitəsi yaxınlaşan zaman yolun hərəkət hissəsini tərk etməməyə görə 43 nəfər, dəmir yolu keçidi və yolu müəyyən olunmamış ərazidən keçməyə görə 2106 nəfər piyada barəsində inzibati cərimə tətbiq edilib.
Oxunub : 1662
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ












