Polis 2 məktəbdə maarifləndirmə tədbiri keçirdi: “Narkomaniya və erkən nikaha YOX DEYƏK!” - FOTOSESSİYA

Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin təşkilatçılığı ilə Xətai rayonu ərazisində yerləşən 138 saylı tam orta məktəbdə və Nərimanov rayonu ərazisində yerləşən Gültəkin Əsgərova adına məktəb-lisey kompleksinin 200 saylı tam orta məktəbində “Narkomaniya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirlərdə polis əməkdaşları, Bakı şəhəri Narkoloji Mərkəzin narkoloq həkimi, eləcə də Xəzər Universitetinin psixologiya departamentinin, Xəzər Psixoloji Xidmət Mərkəzinin və Peşəkar Psixoloqlar İctimai Birliyinin psixoloqları iştirak ediblər.
Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi polis polkovniki İbrahim İsmayılov çıxış edərək ölkə üzrə bütün təhsil müəssisələrində keçirilən bu tədbirlərin mahiyyətindən danışıb, əsas məqsədin yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, onların sağlam həyat tərzinə təşviq edilməsi, o cümlədən erkən nikahın fəsadları barədə məlumatlandırılması olduğunu bildirib.
Şagirdlərə narkomaniyanın fiziki, psixoloji və ictimai təhlükələri, bu istiqamətdə hüquq-mühafizə orqanları tərəfindən aparılan qətiyyətli mübarizə tədbirləri, həmçinin erkən nikahın təhsildən uzaqlaşma və sosial fəsadlara səbəb olması barədə geniş məlumat verilib.
Sonda şagirdlərə sağlam təməlləri olan gələcək qurmaları, zərərli vərdişlərdən uzaq olmaları tövsiyə edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Könül
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO



















