Polis Akademiyasında Zəfər tarixinə həsr olunan konfrans keçirilib - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında “Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Zəfər tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans Ulu Öndərin 100 illik yubileyi və Zəfər Gününə həsr olunub.
DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, konfransda Milli Məclisin, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin, Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin, Vəkillər Kollegiyasının, eləcə də bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri və kursantlar iştirak ediblər. Bir çox ölkədaxili qurumların 150-dən çox əməkdaşı da onlayn formatda konfransa qatılıb.
Tədbir iştirakçıları əvvəlcə akademiyada Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra konfrans zalında Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Konfransda DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov “Zəfər tarixinin əldə olunmasında Ümummilli Lider Heydər Əliyevin əvəzolunmaz rolu” mövzusunda açılış nitqi ilə çıxış edib və konfransın işinə uğurlar arzulayıb.
Sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz Əhmədov, Heydər Əliyev adına Hərbi İnstitutun rektoru, general-mayor Füzuli Salahov, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayev, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Pərviz Ələkbərov və DİN-in Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Elçin Məmmədli çıxış ediblər.
Daha sonra konfrans iştirakçılarının, eyni zamanda, kursant və tələbələrin Azərbaycanın Zəfəri ilə yekunlaşan tarixi prosesdə Heydər Əliyevin uzaqgörən siyasətinin nəticələri mövzularında təqdimatları dinlənilib.
Konfransın mövzusu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ














