Polislərin əməkhaqqı artırıla bilər - TƏKLİF

“Hazırda polisdə mühafizə, post-patrul xidməti kimi sahələrdə çalışan çoxsaylı əməkdaş işdən çıxır”.
Avtosfer.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında əsasnamə”də dəyişiklik edilməsi barədə qanunun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.
Qüdrət Həsənquliyev deyib ki, bu sahələrdə əməkhaqqı az olduğu üçün həmin polislər işləmək istəmirlər: “Polisdə 450 manat maaş alan əməkdaşlar var. Ailələrini dolandıra bilmirlər, ona görə də işdən çıxırlar. Layihəyə əsasən, bu müqavilədə şəxslərin təhsilini başa vurduqdan sonra 7 il müddətində daxili işlər orqanlarında xidmət keçmək öhdəliyi nəzərdə tutulur. Təhsili başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisəsində onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi müəyyənləşəcək. İndi öhdəlik qoyuruq ki, işdən çıxacaqsansa, təhsil haqqını geri ödə. Belə də olmaz. Pulları olsa, niyə işdən çıxsınlar?”
Qanun layihəsinin qəbulunu dəstəkləyən deputat Fəzail Ağamalı da polislərin sosial durumunun yaxşılaşdırılması üçün addımlar atılmalı olduğunu qeyd edib: “Gələcəkdə polislərin əməkhaqqının artırılması üçün paket şəklində qanunlar qəbul edilməlidir”.
apa
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ










