Qaxda yanğın baş verdi - DYP əməkdaşları dərhal köməyə gəldi - VİDEO

Qax rayonu Vaqif Eyvazov küçəsində yerləşən yaşayış evlərindən birində baş vermiş yanğın yol polisi əməkdaşları tərəfindən söndürülüb.
Bununla bağlı izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” adresinə foto və videomaterial göndərib. Onun sözlərinə görə, oktyabrın 23-də səhər saatlarında ev 1A mənzil 6 ünvanında işlək vəziyyətdə olan paltaryuyan maşın qəfil alışmağa başlayıb. Yaxınlıqdakı yol patrul xidməti əməkdaşları pəncərədən çıxan tüstünü görərək yanğına dərhal müdaxilə ediblər. Belə ki, onlar öncə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə zəng edərək məlumat veriblər. Daha sonra əməkdaşlar avtomobillərindəki yanğınsöndürən balonun köməyi ilə paltaryuyan maşını zərərsizləşdiriblər.
Sonda izləyici saytımız vasitəsilə onlara yardım edən Qax rayon Dövlət Yol Polisi əməkdaşlarına minnətdarlığını bildirib.
Nərmin
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












