Qayda pozmayan sürücü cərimə edildi – Maşını evakuasiya edib qadağan olunan yerə aparıblar - FOTO

Qayda pozmadığı halda cərimələndiyini bildirən sürücü Avtosfer.az-a müraciət edib. Bildirib ki, hadisə sentybarın 12-də səhər saatlarında Yasamal rayonu Qurban Xəlilov küçəsində qeydə alınıb. Belə ki, 90-TL-318 dövlət nömrə nişanlı, “Toyota Land-Cruiser” markalı avtomobilin sahibi - rəssam-sənətşünas, “ART” qəzetinin redaktoru Dadaş Məmmədov cərimələnib.
Şikayətçinin iddiasına əsasən, avtomobili qanuna zidd olmayan ərazidə park etsə də, dayanma-durma qaydasını pozmaqda təsqirləndirilib. Küçədə park edilən maşınların tədbirlərlə bağlı yollar boşaldılan zaman tez-tez evakuasiya olunduğunu bildirən Dadaş Məmmədov baş verən halla bağlı bugünə qədər problem yaşamadığını və yaxın ərazilərdən nəqliyyat vasitəsini asanlıqla tapdığını vurğulayıb. Lakin bu dəfə maşınını tapa bilmədiyini və bu səbəbdən DİN-in 102 qaynar xəttinə zəng vurduğunu qeyd edib. Dəfələrlə müraciət etməsinə baxmayaraq lazımi tədbir görülmədiyini deyən sürücü bir müddət sonra ona qayda pozmasıyla bağlı SMS gəldiyini söyləyib: “Cərimə bildirişinə baxanda avtomobilimin qadağan olunan ərazidə park edildiyini gördüm. Bu istiqamətdə heç vaxt nəqliyyat vasitələri evakuasiya olunmayıb. Amma bu dəfə avtomobilim həmin yerdə - “DOST” Mərkəzinin qarşısında, qadağa nişanının altında saxlanılıb. Əraziyə gələrkən bir neçə maşının burada park edildiyini gördüm və xanımlardan birinə yaxınlaşıb ona da cərimə gəlib-gəlməməsini soruşdum. Xanım sürücü mənə cavabında avtomobilini həyətin qarşısında park edərək nəzarətçiyə pul verməsinə baxmayaraq cərimələndiyini bildirdi. Lakin o, aidiyyatı qurumlara müraciətinin nəticəsiz qalacağını vurğulayaraq şikayət etməyəcəyini söylədi. Mən isə düşündüm ki, bugünə qədər cəhdlərim cavabsız qalsa da bu, vətəndaşlara qarşı qəbuledilməz situasiyadır. Son olaraq sizə müraciət edərək məsələnin həllində mənə kömək olacağınıza ümid edirəm. Maşını orada mən saxlamamışam, polis evakutorla aparıb. Buna görə də, hesab edirəm ki, cərimə ləğv edilməlidir”.
Nərmin
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ












