Qubada Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş keçirilib - FOTO

Qubada Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş keçirilib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə tədbir rayonun Alekseyevka kənd tam orta məktəbində keçirilib.
Əvvəlcə dövlət himni səsləndirilib, daha sonra isə vətən müharibəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Quba RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev, şöbə rəisinin şəxsi heyət üzrə köməkçisi, polis mayoru Rüstəm Hüseynov, eləcə də məktəbin pedaqoji heyəti və şagirdlər iştirak ediblər.
Daxili İşlər Nazirliyi sistemində təhsilə təşviq edilmə, polis və Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi mövzusunda məktəblilərlə söhbətlər aparılıb.
Tədbir iştirakçılarına Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən tanıtım videoçarxı təqdim olunub.
Mehman Əliyev ali təhsil almaq arzusunda olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat verib, qocaman təhsil müəssisəsinin ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Akademiyaya kursant qəbulu qaydaları ilə bağlı abituriyentlərin suallarını cavablandıran polis rəisi orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlər barədə danışıb.
Sonda şagirdlərin sualları cavablandırılıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















