Qubada Polis Akademiyasına qəbulla bağlı növbəti görüş keçirilib - FOTO

Qubada Polis Akademiyasına qəbulla bağlı növbəti görüş keçirilib
Daxili İşlər Nazirliyinin əməkdaşları mütəmadi olaraq ölkənin bütün şəhər və rayonlarında orta məktəb şagirdləri ilə vətənpərvərlik mövzusunda, eləcə də DİN Polis Akademiyasında təhsilə təşviqlə bağlı görüşlər keçirirlər. Bu dəfəki görüş isə Quba rayonunun Bağbanlı kənd tam orta məktəbinin şagirdləri ilə baş tutub.
Görüşdə Quba RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev, DİN-in Polis Akademiyasının Beynəlxalq əməkdaşlıq bölməsinin rəisi, polis polkovnik-leytenantı Elçin Orucov və digər polis əməkdaşları iştirak ediblər.
Əvvəlcə çıxış edən Mehman Əliyev məktəblilərə sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi, xalqımızın tarixi keçmişi, ölkəmizdə yaradılan sabitlik, asayiş barədə danışıb. O, ölkəmizin daxili işlər orqanlarının və Polis Akademiyasının tarixi, vətənə xidmətin şərəfli olması barədə yeniyetmə və gənclərimizlə söhbətlər aparıb.
Həmçinin çıxış edən Elçin Orucov şagirdləri salamlayıb və onlara gələcək həyatlarında uğurlar arzulayıb. Daha sonra ali təhsil almaq arzusunda olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat verib, qocaman təhsil müəssisəsinin ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Akademiyaya kursant qəbulu qaydaları ilə bağlı abituriyentlərin suallarını cavablandıran polis polkovnik-leytenantı orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışıb.
Sonda şagirdlərin sualları cavablandırılıb və iştirakçılara Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən qısametrajlı tanıtım videoçarxı göstərilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














