Qubada yol polisi “Təmiz hava“ aylığı ilə bağlı tədbir keçirib - FOTO - VİDEO

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində "Təmiz hava" aylığı ilə bağlı tədbir keçiriblər. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a bildirilib ki, texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən, yəni, ixrac etdiyi zəhərli qazın miqdarı normadan artıq olan avtomobillərin sürücüləri barədə müvafiq tədbirlər görülüb.
Yol polisi əməkdaşları sürücülərin diqqətinə çatdırıb ki, nasaz nəqliyyat vasitələrini idarə etməsinlər. Çünki “Yol hərəkəti haqqında” qanuna görə, hər bir sürücü nəqliyyat vasitəsini saz vəziyyətdə və qaydalar çərçivəsində saxlamağa borcludur. Bu, sürücülərin qanunla nəzərdə tutulmuş vəzifələrindən biridir.
YPX əməkdaşları sürücülərlə bu istiqamətdə maarifləndirici söhbətlər aparıblar. Bildirilib ki, xüsusilə, sərnişindaşıma ilə məşğul olan sürücülər bu məsələdə daha diqqətli olmalıdır.
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirdi; 166 nəfər növbəti mərhələdə - FOTO - VİDEO
Yaşlı piyada qayda pozdu; yol polisi cərimə yox, kömək etdi - VİDEO
Qayda pozan piyadalara təhlükəsizliklə bağlı çağırış - Keçiddən istifadə edin! - VİDEO
Sabirabadda ekoloji normaları pozan sürücülərlə bağlı tədbir keçirildi
Yol polisi piyadaların pozduğu qaydaları açıqladı
Daşkəsəndə “Təmiz Hava” reydi: Normanı aşan avtomobillər aşkarlandı
İsmayıllıda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirildi - FOTO
DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
Bu halda sükan arxasına əyləşməyin - Yol polisindən müraciət
Sabunçuda ekoloji reyd; 20-yə yaxın avtomobil yoxlanıldı - VİDEO














