Saatlıda qaydaları pozan sürücülər cərimələndi

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayon ərazisində müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülərlə maarifləndirici söhbətlər aparılıb, onlara parklanma qaydaları barədə geniş məlumatlar verilib.
Həmçinin yol polisi əməkdaşları təhlükəsizlik kəmərindən istifadə sürücülərlə və piyada keçidlərindən düzgün istifadə etməyən vətəndaşlarla da profilaktiki söhbətlər apararaq, onlara qaydalara ciddi riayət etmələrinin vacibliyini çatdırıblar.
Tədbirlər zamanı qaydaları kobud şəkildə pozan sürücülər barəsində isə qanunvericiliyə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












