Saatlıqda yol polisi reyd keçirdi - FOTO

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi və atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı polis əməkdaşları yol hərəkəti qaydalarını pozaraq qarşı zolaqla hərəkət edən, təhlükəsizlik kəmərindən istifadə etməyən və müvafiq sənədləri olmadan nəqliyyat vasitəsini idarə edən sürücüləri saxlayaraq, yol verdikləri qayda pozuntuları barədə məlumatlar veriblər.
Həmçinin yol polisi inspektorları tərəfindən saxlanılan avtomobillərdən ixrac olan zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb. Normadan artıq tullantı ixrac etdiyi müəyyən edilən avtomobil sahibləri ilə izahedici söhbətlər aparılıb və qazların ixracının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb.
Tədbirlər zamanı standartlara cavab verməyən və digər qayda pozuntularına yol verən avtomobil sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














