Sabah bu yollarda avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək

Noyabrın 3-də səhər saat 10 radələrindən 14 radələrinədək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın Abbasqulu ağa Bakıxanov, Tbilisi, İnşaatçılar, Nəriman Nərimanov, Mehdi Hüseyn, Teymur Elçin, Niyazi, Neftçilər, Yusif Səfərov, Xətai, Heydər Əliyev, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Zığ şosesi (qismən), İstiqlaliyyət küçəsində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsinin sürücülərə müraciətində deyilir.
"Hava limanı istiqamətinə alternativ yol kimi 8 Noyabr prospektindən Zığ yoluna keçməklə, Heydər Əliyev prospektində köməkçi yol ilə Bakıxanov qəsəbəsindən keçməklə, eləcə də Ziya Bünyadov prospektindən Qara Qarayev prospektinə və Mikayıl Əliyev küçəsinə keçməklə hərəkət edə bilərlər.
Şəhərin mərkəzinə doğru isə sürücülər Mətbuat prospekti, Mikayıl Müşfiq, Abdulla Şaiq, Mirzağa Əliyev və Şəmsi Bədəlbəyli küçələrindən keçməklə daxil ola bilərlər.
Bilgəh Kardioloji Sanatoriyasından Hava limanı istiqamətində məhdudiyyət tətbiq olunduğundan sürücülər Maştağa qəsəbəsindən, Albalılıq yolundan Mərdəkan istiqamətinə keçməklə Qala dairəsindən Zığ şosesi istiqamətində hərəkət edə bilərlər.
Sürücülərdən monitorinq müddətində qeyd edilən istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətləri nəzərə almaları, mümkün qədər ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur", - qurumdan bildirilib.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












