Sabunçuda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində tədbirlər davam etdirilir - VİDEO

Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən 2023-cu ilin sentyabr ayının 10-dan oktyabr ayının 10-dək respublika ərazisində “Diqqət uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsi davam etdirilir.
Avtosfer.az xəbər verir ki, Sabunçu rayon DYPŞ və Bakı şəhər DYPİ-nin əməkdaşları sözügedən tədbirlə əlaqədar olaraq məktəblilərlə görüş keçiriblər.
Təhsil müəssisələrində keçirilən görüşlər zamanı şagirdlərə yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı ilkin məlumatlar verilib və öyrəndikləri biliklərin, yiyələndikləri vərdişlərin hər zaman onların köməyinə çatacağı vurğulanıb. Görüş zamanı müəllimlərlə də maarifləndirici söhbətlər aparılıb. Bildirilib ki, uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili aparılıb, onların baş verməsinə səbəb olan amillərin aradan qaldırılması, bu sahədə profilaktik tədbirlərin daha gücləndirilməsi istiqamətində əməli addımlar atılıb.
Ətraflı təqdim edilən videoda:
Nurlan Sakitoğlu
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ










