Sabunçuda yol polisi sürücü və piyadalara qarşı tədbir keçirdi; cərimələnənlər var - VİDEO

Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində maarifləndirici tədbirləri davam etdirir. Avtosfer.az xəbər verir ki, rayonun müxtəlif ərazilərində baş tutan tədbirlər zamanı qayda pozan avtobus və yük avtomobili sürücüləri aşkarlanıb, onlarla söhbətlər aparılıb və inzibati qaydada protokollar tərtib olunub.
Avtobusu dayanacaqdan kənarda saxlayan sürücülər günahı dayanacağın və sərnişinlərin üzərinə atıb. Bildiriblər ki, dayanacaqlar arasında məsafə çoxdur, sərnişinlər isə 10 metrdən bir “burada saxla” deyir. Sürücü avtobusu dayandırmasa mübahisə yaranır. Digər tərəfdən, avtobus dayanacaqları kiçik olduğu üçün 3-4 avtobus eyni vaxtda dayanacağa daxil ola bilmir. Nəticədə sərnişinlər dayanacaqdan kənarda avtobusa minib düşməli olurlar.
Qadağan olunan saatlarda yola çıxan, maşını səkidə saxlayan, dövlət qeydiyyat nişanı yararsız halda olan ağır tonnajlı yük avtomobili sürücüləri də saxlanılıb, maşınlar cərimə meydançasına verilib, sürücülərə cərimə yazılıb.
Tıxac yaranan əsas yerlərdə, eləcə də səkilərdə dayanma-durma qaydalarını pozan avtomobillər aşkarlanıb, onların sürücüləri cərimə edilib.
Tədbirlər zamanı 16 piyada yol hərəkəti qaydalarına əməl etmədiyi üçün saxlanılıb. Onlar, “görmədim”, “bilmədim”, “tələsirdim” kimi bəhanələrlə məsuliyyətdən yayınmağa çalışıblar. Yol polisi piyadaların diqqətinə çatdırıb ki, bu cür bəhanələr qəzalara səbəb olur. Son vaxtlar baş verən piyadavurma hadisələri ciddi narahatlıq doğurur və bunun qarşısını almaq üçün yalnız qaydalara əməl etmək lazımdır.
Sonda bir neçə piyada cərimə edilib, digərlərinə isə xəbərdarlıq edilib.
Nurlan Sakitoğlu
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ










