Şəmkirdə polis əməkdaşı sərxoş vəziyyətdə piyadanı vurub qaçdı - 5 il 6 ay həbs eildi
Yol polisi
3 May 2021 15:47

Gəncə Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qara Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Report-un xəbərinə görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Q.Həsənov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi 2019-cu ilin dekabr ayında Şəmkir-Düyərli yolunun 8-ci kilometrliyində qeydə alınıb.
Belə ki, rayonun Dəllər-Çırdaxan kənd sakini, 1965-ci il təvəllüdlü Həsənov Qara Abdulla oğlu sərxoş vəziyyətdə idarə etdiyi "VAZ-2107" markalı 57-BK-322 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən Düyərli kənd sakini, 1967-ci il təvəllüdlü Rüstəmov Cəmaləddin Hidayət oğlunu vuraraq hadisə yerindən qaçıb.
Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Xatırladaq ki, Q.Həsənov hadisəni törədən zaman Şəmkir Rayon Polis Şöbəsində polis sahə rəisi vəzifəsində çalışıb.
Oxunub : 2264
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ












