Şirvanda qaydaları pozan sürücülər cərimələndi - FOTO
Yol polisi
7 May 2021 13:13

Daxili İşlər Nazirliyinin (DİN) tədbirlər planına uyğun olaraq Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir. DİN-in Mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı yol polisi əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən, eləcə də nəqliyyat vasitəsinə konstruksiya dəyişiklikləri edən sürücüləri saxlayaraq onlarla maarifləndirici söhbətlər aparıblar, yol verdikləri qayda pozuntuları barədə məlumatlar veriblər.
Həmçinin, Dövlət Yol Polisi bölməsinin əməkdaşları COVID-19 pandemiyası ilə əlaqədar şəhər ərazisində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər apararaq, mövcud qaydalara riayət etmələrini və marşrut avtobuslarında sərnişinlərin mütləq qaydada tibbi maskadan istifadə etmələrini tapşırıblar.
Tədbirlər zamanı edilən xəbərdarlıqlara baxmayaraq qaydaları pozan sürücülər barəsində isə qanunvericiliyə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb.







Oxunub : 1438
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ












