Şöbə rəisi: “Sərnişinlər A nöqtəsindən B nöqtəsinə getmək üçün üç marşrut dəyişməməlidirlər”

“İctimai nəqliyyat hərəkət iştirakçılarına, sərnişinlərə əlçatan olsa, tıxacların sayı nisbətən də olsa, azalar. Bu gün elə sərnişinlər var ki, A nöqtəsindən B nöqtəsinə getmək üçün üç marşrut dəyişirlər”.
Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi polkovnik-leytenant Rövşən Tağıyev İctimai Televiziyanın efirində yayımlanan “Sabaha saxlamayaq” proqramında çıxışında məlumat verib.
O bildirib ki, heç bir ölkədə yol infrastrukturuna dair proqramlar bir-iki il müddətinə hazırlanmır:
“Yol infrastrukturu ilə bağlı proqramlar ən azı 10 il üçün nəzərdə tutulur. Paytaxt ərazisində tıxaclara səbəb olan məqamlardan biri ictimai nəqliyyatdır. İctimai nəqliyyat bütün insanlar üçün əlçatan olmalıdır. Sərnişinlər A nöqtəsindən B nöqtəsinə getmək üçün üç marşrut dəyişməməlidirlər. Onlar bu məsafəni bir ictimai nəqliyyat hesabına qət etsələr, tıxacların sayı nisbətən azalar. Amma biz bu şəraiti onlara yaratmadan “şəxsi nəqliyyat vasitələrinizdən istifadə etməyin” deyə bilmərik.
Digər problemlərdən biri avtobus zolaqlarının bir-biri ilə müvafiq marşrut xətləri üzrə əlaqələndirilməsidir. İctimai nəqliyyatın növləri də çoxalmalıdır. Velosipedi biz hobbi kimi istifadə edirik, dünya ölkələri isə bunu sağlam nəqliyyat vasitəsi kimi görür. Biz gələcəyə bunu planlaşdırmalı və təhlükəsiz velosiped zolaqları salmalıyıq. Elektrikli skuterləri də biz buna cəlb edə bilərik. Lakin bu gün elektrikli skuterlər piyada səkilərində piyadalara təhlükə yaradır”.
Şöbə rəisi onu da əlavə edib ki, nəqliyyat vasitələrinin avtomobil yollarında müvafiq zolaqlar üzrə hərəkət etməməsi də sıxlıqların yaranmasına səbəb olur:
“Təəssüf ki, biz sürücülərə hələ də bunu aşılaya bilmirik. Bir sürücü iki zolağın ortası ilə aşağı sürətlə hərəkət edir. Bu zaman nə sağ, nə də sol zolaqdakı nəqliyyat vasitələri yolda hərəkət edə bilir”. (oxu.az)
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












