Son günlər trend olan bu əməllər qanun pozuntusudur? - DYP-dən açıqlama - VİDEO

Bakıda avtomobilin arxasına elan yapışdıran qadın müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, görüntüləri Təhminə adlı xanım “TikTok” səhifəsində paylaşıb. O, maşının arxasına doğum günü ilə bağlı kağız yapışdırıb və bunu oxuyan digər sürücülərdən səs siqnalı verərək onu təbrik etmələrini xahiş edib.
Görüntülərdən məlum olur ki, digər sürücülər hərəkətdə olarkən səs siqnalı verərək qadını təbrik edirlər. Pozitiv görüntülər isə birmənalı qarşılanmayıb. Bir çoxları bu əməllərin yol hərəkətinin təhlükəsizliyi baxımından yolverilməz olduğunu vurğulayıb.
Son günlər qonşu Türkiyə və digər ölkələrin “TikTok” seqmentində bu kimi elanlar trend olub. Belə ki, bəzi insanlar övladının dünyaya gəlməsi, doğum günü, boşanması və digər əlamətdar günləri ilə bağlı avtomobillərinə elanlar yapışdıraraq diqqəti özlərinə cəlb edirlər. Hətta maşının üzərinə bank kartının nömrəsini yazıb yardım istəyənlərin olduğu da bildirilir.
Mövzu ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi polis mayoru Toğrul Nəsirli bildirdi ki, yollarda avtomobillərin lüzumsuz olaraq səs siqnalından istifadə etməsi qanun pozuntusudur: “Nəqliyyat vasitələrinin arxa şüşələrində əks etdirilən belə hallar istər-istəməz sürücülərin marağını kəsb edir, fotolara baxmağa, yazılanları oxumağa çalışırlar ki, bu səbəbdən diqqətləri yoldan yayınır və nəticədə qarşıdakı nəqliyyat vasitəsinə, piyadaya və ya hər hansı maneəyə toxunaraq qəza törədirlər.
Bu kimi halların qarşısının alınması məqsədilə avtomobil sahiblərinə və sürücülərə müraciət edərək nəqliyyat vasitələrində əgər bu cür yazılar, fotolar varsa, onların çıxarılmasını xahiş edir və bildiririr ki, belə nəqliyyat vasitələri dayandırılaraq müvafiq tədbirlər görüləcəkdir.
Mövcud qanunvericiliyin tələblərinə əsasən səs siqnallarında iki halda, yəni yol-nəqliyyat hadisəsinin qarşısının alınması məqsədilə və yaşayış yerlərindən kənarda ötmə əməliyyatını həyata keçirərkən icazə verilir. Digər hallarda isə lüzumsuz olaraq səs siqnallarından istifadə etmək qadağandır.
AR İXM-nin 329.3-cü maddəsinə əsasən səs siqnallarından istifadə qaydalarının pozulmasına görə 30 manat məbləğində cərimə də nəzərdə tutulub”./qafqazinfo
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO











