Sürət həddini aşdı, başqa maddə ilə 300 manat cərimə yazıldı – Sürücü BDYP-dən kömək istəyir - FOTO

“Oktyabrın 25-də saat 7:24 radələrində Binəqədi-Xırdalan şosesi 1-ci Mədən ərazisində 50 sürət həddini 76 km/saat sürətlə aşdığımıza görə radara düşmüşük. Bu zaman sükan arxasında sürücülük hüququ olan Eminov Çingiz Fərrux oğlu olub. Həmin vaxt avtomobilin mülkiyyətçisi yoldaşım və mən də avtomobildə olmuşuq. Amma hadisə sürət həddini aşma kimi yox, sükan arxasında sürücülük hüququ olmayan şəxsin oturması kimi dəyərləndirilib və İXM-nin 332.2-maddəsi tətbiq edilərək 100 manat cərimə yazılıb”.
Bu sözləri “Avtosfer.az” aytına Bakı şəhər, Binəqədi rayon sakini Xalid Qarayev bildirib.
Şikayətçi bildirir ki, ikinci dəfə yenə sürət həddini aşmağa görə radara düşüblər. “Hadisə noyabrın 9-da baş verib. Ələt-Astara yolunda 60 km/saat sürət həddi olan yolda 79 km/saat sürətlə hərəkət etdiyimizə görə radara düşmüşük. Amma bu dəfə də sürət həddinin aşılmasına görə yox, eyni əməlin təkrar törədilməsinə görə İXM-nin 332.3 maddəsi tətbiq edilərək 300 manat cərimə olunmuşuq. Baxmayaraq ki, bu dəfə də, avtomobilin mülkiyyətçisi olan həyat yoldaşım da avtomobildə olub, sükan arxasında isə sürücülük hüququ olan Qarayev Elnur Səyyaf oğlu idi”.
X.Qarayev bildirir ki, üzləşdiyi problemlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etsə də, şikayəti hələ ki, araşdırılmayıb.
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev məsələ ilə bağlı Avtosfer.az-a bildirdi ki, foto və qeydiyyat funksiyasina malik xüsusi texniki vasitə ilə qayda pozuntusu qeydə alınan zaman pozulan qaydaya uyğun olaraq elektron protokol tərtib edilir. Lakin avtomobilin mülkiyətçisinin nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdursa vəya sonuncu etibarnamə verilən şəxsin sürücülük hüququndan məhrum edilibsə həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq elektron qaydada protokol tərtib edilir. “Əgər nəqliyyat vasitəsini qeyd etdiyim halda həmin şəxslər tərəfindən idarə edilməyibsə vəsatət qaldırılır və bu barədə araşdırma aparıldıqdan sonra, fakt təsdiqini tapdığı halda dəyişdirilir”.
Nurlan
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO













