Sürücü hansı halda maşını hadisə yerindən kənarlaşdıra bilər - DİN AÇIQLADI - VİDEO

DİN-in Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi (NİİM) avtomobil sıxlığının qarşısını almaq üçün sürücülərə müraciət edib.
NİİM-dən Avtosfer.az-a verilən xəbərə görə, müraciətdə deyilir:
“Paytaxt yollarında maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş verdikdə bir çox sürücü avtomobilini yolun hərəkət hissəsində saxlayır. Onların nəqliyyat vasitəsini hərəkət zolağından kənara çəkməyib sığorta nümayəndəsini gözləmələri, xüsusilə də hərəkətin intensiv olduğu küçə və prospektlərdə sıxlığın yaranmasına səbəb olur. Lakin sürücülər qəzalar zamanı avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkə və digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə şərait yarada bilərlər.
Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 4-cü bəndinin 5-ci hissəsinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin “Qeyd” hissəsinin 7-1-ci bəndində nəzərdə tutulmuş hallarda (yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda) hadisə yerini tərk edə bilər.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yollarda baş verə biləcək avtomobil sıxlığının qarşısını almaq üçün sürücüləri diqqətli olmağa çağırır”.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












