Sürücülərə XƏBƏRDARLIQ - Bunu etsəniz 150 manat CƏRİMƏ OLUNACAQSINIZ

Azərbaycanda avtomobillərdə istifadə olunan led işıqların qadağan olunması barədə məlumatlar dolaşır. Avtosfer.az xəbər verir ki, bu barədə müzakirələr əsasən sosial şəbəkədə aparılır.
Yaranan çaşqınlıq həm sürücüləri, həm də led işıqlarının satışı ilə məşğul olan sahibkarları narahat edir. Sürücülər bu işıqlardan istifadə edəcəyi təqdirdə cərimələnəcəyindən ehtiyatlanır. Sahibkarlar isə belə bir durumda bizneslərinə zərbə ilə üzləşir.
Gedən müzakirələri və yaranmış vəziyyəti aydınlaşdırmaq məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. Qurumun Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla əlaqə şöbəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev baku.ws-ə bildirib ki, nəqliyyat vasitəsinin istehsalçı zavod tərəfindən xarici işıq cihazlarında led işıqlarının quraşdırılması nəzərdə tutulubsa, bu halda həmin nəqliyyat vasitəsinə led işıqlarının quraşdırılmasına icazə verilir: "İstehsalçı zavod tərəfindən nəzərdə tutulmadıqda nəqliyyat vasitəsinə led işıqlarının quraşdırılması qadağandır və inzibati məsuliyyət yaradır. Əgər normativ tələblər pozularsa, İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsi ilə 150 manat cərimə tətbiq olunur".
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ










