Sürücülərin NƏZƏRİNƏ: 100 AZN cərimə oluna bilərsiniz - FOTO - VİDEO

Son günlər xüsusi təyinatlı nəqliyyat vasitələrinin, əsas da təcili tibbi yardım maşınlarının ardınca maşın sürüb, sui-istifadə hallarına yol vermə halları ilə tez-tez qarşılaşırıq.
Belə hallara yol verməmək üçün sürücülərə çağırış edən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli baku.ws-ə açıqlamasında bildirib ki, vətəndaşlar bu növ nəqliyyat vasitələrinə qarşı məsuliyyətli olmalıdırlar:
“Keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya mütəşəkkil nəqliyyat dəstələrinə qoşularaq hərəkətə davam olunmasına görə İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə uyğun olaraq 100 manat məbləğində cərimə və 3 cərimə balı nəzərdə tutulur. Bütün hərəkət iştirakçıları xüsusi təyinatlı nəqliyyat vasitələrinə yol verməlidirlər. Onların yoluna maneə yaratmaqla hərəkətləri ardıcıl, davamlı, mütəşəkkil dəstələrə qoşulmaqla edən şəxslər unutmasınlar ki, onlar özlüyündə inzibati məsuliyyət daşıyırlar. Bununla yanaşı, bu növ nəqliyyat vasitələrini idarə edən, operativliyin təmini üçün nəzərdə tutulan işləri həyata keçirən şəxslərə maneə yaradılmaqla mənəvi öhdəlik də daşıyırlar.
Hər bir vətəndaşımızdan məsuliyyətli olmağı xahiş edirik. Operativ nəqliyyat vasitələrinin hər hansısa birimizin qapısına müxtəlif vaxtlarda gözlənilməyən hallarda gələ biləcəyini də unutmamalıyıq”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












