“Təmiz hava” aylığı çərçivəsində reydlər keçirildi; 2 mindən çox sürücü cərimələnib

“Təmiz Hava” aylığı çərçivəsində Azərbaycanın müxtəlif yerlərində reydlər keçirilib, 2 782 avtonəqliyyat vasitəsinin sürücüsü cərimələnib.
Avtosfer.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən birgə reydlər zamanı ümumilikdə 8 031 avtonəqliyyat vasitəsinə baxış keçirilib.
2 782 avtonəqliyyatın mühərrikindən ayrılan zərərli maddələrin miqdarı normadan artıq olduğundan nəqliyyat vasitələrinin sürücüləri barədə protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
Reydlər Bakı, Sumqayıt, Xızı, Abşeron, Lənkəran, Yardımlı, Astara, Masallı,Cəlilabad, Qazax, Ağstafa,Tovuz, Gədəbəy, Şəmkir, Şirvan, Sabirabad, İmişli, Salyan, Neftçala, Biləsuvar, Hacıqabul, Saatlı, Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, İsmayıllı, Qəbələ, Ağsu, Şamaxı, Qobustan, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab, Mingəçevir, Kürdəmir, Yevlax, Göyçay, Ucar, Bərdə, Ağdam, Füzuli, Gəncə, Naftalan, Göygöl, Goranboy, Daşkəsən, Samux rayon Polis Şöbələrinin yol polisi bölməsinin əməkdaşları tərəfindən sözügedən rayon və şəhərlərin ərazilərində təşkil edilib.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












