Texniki baxış zamanı sürücülərin yol verdiyi qanunsuz hallar aşkarlandı - VİDEO

Avtonəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı növbəti dəfə bir sıra hüquqa zidd hallar aşkarlanıb. Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə mərkəzində görülən tədbirlər nəticəsində dövlət qeydiyyat nişanları standartın tələblərinə uyğun gəlməyən, şassi və mühərrik nömrələri qeydiyyat məlumatları ilə uyğunsuzluq təşkil edən, habelə üzərində çoxsayda ödənilməmiş inzibati cərimələr olan avtobus və yük avtomobilləri müəyyən edilib. Həmin nəqliyyat vasitələri müvafiq yoxlama aparılması üçün saxlanılıb və cavabdeh şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək onları qanunla üzərilərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməyə, nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, eləcə də qeydiyyat məlumatlarında uyğunsuzluğa səbəb olan əməllərdən çəkinməyə çağırır.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












