Tıxacdan qurtulmaq üçün piyadaların həyatını təhlükəyə atan sürücülər cəzalandırıldı - VİDEO

Tıxacdan qurtulmaq üçün avtomobillərini səkinin üzəri ilə hərəkət etdirən hər iki sürücü cərimələnib. Bu barədə oxu.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
O qeyd edib ki, qaydanı pozan sürücülərin hər biri barəsində qanuni tədbir görülüb:
“Qanunu pozan hər iki sürücüyə protokol tərtib olunub. Qanuni tədbir görülüb”.
Xatırladaq ki, tıxac səbəbindən əvvəlcə 90-AU-070 dövlət nömrə nişanlı “Toyota RAV4” markalı, daha sonra isə 10-AZ-485 dövlət nömrə nişanlı “Lexus LX 570” markalı avtomobillərin sürücüləri nəqliyyat vasitələrini səkinin üzərinə çıxarmaqla yollarına davam ediblər. Sürücülərin bu məsuliyyətsizliyi piyadalar üçün təhlükəli anlara səbəb olub.
Həmin görüntüləri təqdim edirik:
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ










