Toğrul Nəsirli: “Qanun pozuntusu aşkarlanan sürücülər barəsində protokol tərtib edilib”

“Paytaxtətrafı qəsəbələrə hərəkət edən, sərnişindaşıma fəaliyyəti göstərən 200-ə yaxın yük maşınları və avtobusların standartlara uyğun olmayan dövlət nömrə nişanları ilə fəaliyyəti aşkarlanıb”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli deyib.
O bildirib ki, qanun pozuntusu aşkarlanan sürücülər barəsində aidiyyəti üzrə protokol tərtib edilib:
“Bundan başqa 20-yə yaxın minik avtomobilində dövlət nömrə nişanlarına müdaxilə halları aşkarlanıb. Sürücülərin avtomobillərin dövlət nömrə nişanlarına etdikləri müdaxilə halları aradan qaldırılıb. Həmin qayda pozuntusuna yol verən sürücülərə qanunvericiliyə əsasən 100 manat (4 bal) cərimə tətbiq edilib”.
oxu.az
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












