Toy kortecində “avtoş”luq edib “TikTok”da paylaşan sürücülər saxlanıldı - RƏSMİ - VİDEO

Toy karvanında qaydaları kobud şəkildə pozan sürücülərin videosu sosial şəbəkədə yayılıb.
Avtosfer.az-ın məlumatına görə, görüntül bir neçə gün əvvəl İmişli rayonu ərazisində qeydə alınıb. Hərəkətdə olan 90-BB-380 dövlət nömrə nişanlı “VAZ-2107” markalı və 90-LV-275 dövlət nömrə nişanlı “VAZ-2115” markalı avtomobillərin sürücüləri sərt manevrlər ediblər. Belə ki, “sağ-sol” edən sürücülər hərəkətdə olan digər nəqliyyat vasitələrinə təhlükə yaradıblar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin görüntülərlə bağlı İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və qeyd edilən qayda pozuntusuna yol verən sürücülər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Nərmin
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












