Vətəndaşa qanunsuz protokol tərtib edilib? - AÇIQLAMA - FOTO

Vətəndaş, Mahmud Yusubov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşlarının ona düzgün protokol tərtib etmədiyini bildirib.
Onun sözlərinə görə, fevralın 10-da səhər saat 08:17-də Azadlıq prospekti və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində YPX maşınında olan polisi əməkdaşı tərəfindən ona “saxla” əmri verilib:
“Saxla” əmri verən adam yanımda qısa müddət dayandı və ərazidə xidmət aparan əməkdaşa təlimat verib getdi. Ailəm işə gecikdiyi və icazə alıb xəstəxanaya getməli olduğu üçün məcburən maşından düşürdüm. Mənə yaxınlaşan əməkdaş 99-UL-355 dövlət qeydiyyatlı “Toyota Land Cruiser” markalı avtomobilimin arxa bamperin olmadığını və dartıcı avadanlığın olduğunu deyərək, duracağa getməli olduğumu bildirdi.
Bunların heç birinin cərimə meydançasına əsas verən amil olmadığını və ailəmin məni gözlədiyini desəm də, “O boyda alay komandirinin müavini göstəriş verib”, - dedi. Heç bir protokol tərtib olunmadan maşını arxasınca sürməyimi bildirdi. Tələsdiyim üçün maşını Dənizkənarı Milli Parkın ərazisində dayanacağa qoydum. Əməkdaşa sənəd işlərinin necə olacağını soruşdum. O da bildirdi ki, sənədə ehtiyac yoxdur, sadəcə, 103-cü otağa yaxınlaşarsan”.
O qeyd edib ki, avtomobili sənədsiz, protokolsuz, təhvil-təslim aktı olmadan dayanacaqda saxlanılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli oxu.az-a açıqlamasında bildirib ki, vətəndaşa qanuni tədbir görülüb:
“Mahmud Yusubov normativ tələbləri pozub və düzgün protokol tərtib olunub”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












