Vilayət Eyvazov sıra baxışı keçirib 203 nəfəri seçdi - VİDEO - FOTO

Yol polisi 21 Sentyabr 2026 18:17
Vilayət Eyvazov sıra baxışı keçirib 203 nəfəri seçdi  - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə olun

​Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 21-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 203 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

YouTubehttps://www.youtube.com/watch?v=MYikqhyZWlg

DİN-də sıra baxışı: Vilayət Eyvazov gənclərə tapşırıq verdi - Foto - Video

DİN-də sıra baxışı: Vilayət Eyvazov gənclərə tapşırıq verdi - Foto - Video

Oxunub : 384
ŞƏRH YAZ
Ad

E-mail

Şərh